Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir

Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Trend Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

"Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir".

"Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik".

"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur".

"Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında "Azərneftyağ" neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və "Azərneftyağ" neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq".

"Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır".

"Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, "qara qızıl"ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur".

ƏƏSMN-də Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub (FOTO)
ƏƏSMN-də Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub (FOTO)
BMT-nin "Mədəniyyət naminə sülh" çağırışına Ermənistan niyə aqressiya ilə cavab verir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
BMT-nin "Mədəniyyət naminə sülh" çağırışına Ermənistan niyə aqressiya ilə cavab verir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi (FOTO)
Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi (FOTO)
Loading Bars
Xəbər lenti
Nazirlər Konfransında ölkəmizdə sabit demoqrafik inkişaf və sosial müdafiə tədbirləri barədə məlumat verilib (FOTO)
Minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir - XİN
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası” (FOTO)
Azərbaycan müharibədən sonra ATƏT-ə əməkdaşlıq üçün təkliflər verib və hələ də cavab gözləyir - Nazir
Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində hələ də bütün öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov
30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb - Azərbaycan XİN
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı hazırlayırıq - Anar Kərimov
Azərbaycan “OPEC+” üzrə hasilatın artırılmasına razılıq verib
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü irəliyə doğru böyük addımdır - Ceyhun Bayramov (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
ƏƏSMN-də Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub (FOTO)
Azərbaycanda elm və təhsil sektorunun maliyyələşdirilməsinin artırılması planlaşdırılır - Nazir
Orduda hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb - Hərbi prokurorun böyük köməkçisi
Sabunçuda narkotiklə əlaqədar 27 nəfər saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib (FOTO)
“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi (FOTO)
Qarabağ konflikti BMT-nin uğursuzluğu idi - Mihir Kanade
GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb (FOTO)
Dekabrın 3-nə USD/AZN rəsmi məzənnəsi
ABŞ Dövlət katibi azad olunmuş ərazilərdəki dağıntıların miqyası barədə məlumatlandırılıb (FOTO)
Sərnişin daşıyıcılarına istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası təsdiqlənib
ABŞ dövlət katibi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun bərpasını alqışlayıb
Bakıda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib (FOTO)
BMT-nin "Mədəniyyət naminə sülh" çağırışına Ermənistan niyə aqressiya ilə cavab verir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi (FOTO)
Azərbaycanla İsrailin strateji tərəfdaşlığı təkcə diplomatik münasibətlərdə ifadə olunmur - Səfir
Ombudsman İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri ilə görüşüb (FOTO)
İsraildə Azərbaycanın ticarət nümayəndəliyinin açılması son dövrlərin ən vacib nailiyyətidir - Corc Dik
İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfir
Gəncədə azyaşlı bacı-qardaşa işgəncə verən ögey anaya cinayət işi açıldı
Ceyhun Bayramov Estoniya xarici işlər naziri ilə görüşüb
Misirli tədqiqatçının Vətən müharibəsinə aid kitabının təqdimatı keçirilib (FOTO)
UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil” (FOTO)
İsrail Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir - Səfir
Ermənistan Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv edib - Reza Deqati
Bakıda heroin və "patı" alverçiləri yaxalandı (VİDEO)
Qubada yanan məktəbin yerində gələn həftə yenisinin tikintisi başlanacaq - RƏSMİ (FOTO/VİDEO)
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasında irəliləyişə nail olmaq lazımdır - Niderland XİN
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
"Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi" mövzusunda onlayn seminar keçirilir (FOTO)
Azərbaycanda 1 772 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Azərbaycan Dövlət Akademik Filarmoniyasında xeyriyyə konserti təşkil olunacaq
Rəfail Cəbrayılovu qardaşı ağır duruma salıb, özü isə xaricdə tikinti biznesi ilə məşğul olur - Aidə Cəbrayılova
Ceyhun Bayramov Stokholmda finlandiyalı həmkarı ilə görüşüb
Dialoqların inkişaf etdirilməsi milli kimlik üçün çox önəmlidir - BƏƏ nümayəndəsi
Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli dialoqun keçirilməsi üçün platforma olmağa hazırdır - XİN
30 ildə Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı - Nazir müavini
"ARB Günəş" “Gözləri ilə danışan mələklər” adlı kövrək mini-film təqdim edib (VİDEO, FOTO)
Kanada Azərbaycan-Ermənistan sərhədində bir müddət əvvəl baş vermiş toqquşmalardan narahatdır - XİN
Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb
MİT-dən əməliyyat: PKK mənsubları ələ keçirilərək Türkiyəyə gətirildi
Ceyhun Bayramov Bolqarıstan XİN rəhbəri ilə görüşüb (FOTO)
DGK TXİ-nin və MGX-nın rəis müavinləri ÜST-ün təlimində iştirak ediblər (FOTO)
Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır (FOTO)
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
ABŞ Azərbaycan və Ermənistanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır - Blinken
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının yeddinci iclasının Protokolu imzalanıb (FOTO)
"Omikron" ştammı ölkəmizdə yayılmasa, yoluxmada vəziyyət stabil qalacaq - İnfeksionist
Nərimanov rayonu Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir (FOTO/VİDEO)
MN tərəfindən bu günədək 13177 hektar ərazi minalardan təmizlənib
Azad olunmuş ərazilərdə 160-a yaxın yeni tarixi-mədəni abidə aşkarlanıb
Tərtər-Goranboy istiqamətində 638 ədəd mina zərərsizləşdirilib - MN (FOTO)
Aİ Cənubi Qafqaza uzunmüddətli sülhün qurulması üzrə tədbirləri dəstəkləyir - Ali nümayəndə
MDU beynəlxalq konfransda təmsil olunub (FOTO)
Azərbaycanda ISESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Vergi Xidməti tikinti bazarına nəzarəti gücləndirib, reydlər keçirilir
Boy artımına müsbət təsir edən qidalar
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
İranda ötən sutkada daha 76 nəfər koronavirusdan ölüb
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb
UFC prezidenti koronavirusa yoluxub
Hazırda Cənubi Qafqazda sülh üçün misilsiz imkanlar var - Çavuşoğlu
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alındı
Azərbaycan bərpa olunan enerji mənbələrinə yarım milyard dollarlıq xarici investisiya cəlb edəcək
Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov
ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr
Azərbaycanda yaşıl enerji layihələrini maliyyəçilərlə əlaqələndirmək üçün beynəlxalq platforma yaradılacaq
Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)
UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib (FOTO)
British Council və ADA Universiteti biznes sahibkarları və tələbələri #mycreativespark forumu üçün bir araya gətirib (FOTO)
Prokuror "falçı" adı ilə qadından 2 milyon manat alan ər-arvada 23 il cəza istədi
Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - Hikmət Hacıyev
Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır - Prezidentin köməkçisi
Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev
Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi Microsoft Azure Administrator sertifikatına layiq görülüb
Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Muğanbank korporativ saytını yeniləyib
Zaqatalada narkokuryerə hökm oxundu
AFFA Canni De Byazi ilə müqaviləni uzatdı
Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Sabah hava yağmursuz keçəcək
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev
Bakıda bayram çadırlarının quraşdırılmasına başlanıldı (FOTO)
Bakı sakininin evindən silah çıxdı
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir - ISESCO rəhbəri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Bütün xəbərlər