...

Bayden: Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam

Siyasət Materials 28 Sentyabr 2020 05:35 (UTC +04:00)
Bayden: Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam

Bakı. Trend:

Demokratiklardan olan prezidentliyə namizəd Cozef Bayden Dağlıq Qarabağdakı hadisələrin bölgədə daha böyük bir münaqişəyə çevrilə biləcəyini hesab edir.

Trend-in məlumatına görə, bu barədə Cozef Baydenin açıqlamasında deyilir.

Məlumata əsasən, o mövcud ABŞ rəhbərliyini atəşkəs üçün tədbirlər görməyə çağırır:

"Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam və Ermənistanla Azərbaycan arasında təcili olaraq gərginliyin azaldılması, atəşkəs və danışıqların davam etdirilməsinə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti