...

Bundestaqın üzvü: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir

Siyasət Materials 29 Sentyabr 2020 18:20 (UTC +04:00)
Bundestaqın üzvü: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir.

Trend-in məlumatına görə, bu fikir Almaniya Bundestaqının Xarici işlər komitəsinin üzvü, hakim Xristian/Demokrat-Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə sözçüsü Yürqen Hartın (Jürgen Hardt) fraksiya adından verdiyi bəyanatda deyilir.

"Cənubi Qafqazda sülh, demokratiya və sabitlik gücləndirilməlidir” başlıqlı bəyanatda münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında döyüşlərin təcili dayandırılmasına çağırış edilir.

Bəyanatda, həmçinin bildirilir ki, təxminən 30 ildən bəri davam edən qarşıdurmada minlərlə insan həlak olub.

Davamlı həll yalnız danışıqlar masasında əldə edilə bilər. Bunun üçün vasitələr də var. 1992-ci ildə müharibənin başlanmasından bəri ATƏT-in Minsk Qrupu münaqişənin həllinə çalışır.

Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya fundamental prinsiplər kimi dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı da aiddir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) bu mövqeyi dəstəkləyir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi üçün razılaşdırılmış həlli tapmağa çağırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti