...

Hikmət Hacıyev: Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə raket atılır

Siyasət Materials 2 Oktyabr 2020 14:43 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə raket atılır

Bakı. Samir Əli - Trend::

Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə raketlər atılır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan bununla beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Ermənistan Silahlı Qüvvələri "Smerç" raketlərindən Füzuli və Cəbrayılın mülki vətəndaşlarına atəş açıb.

"20-yə yaxın evə zərərə dəyib. Bu gün də Vardenisdən Şəmkirə "Toçka U" raketi atılıb. Bir daha bəyan edirik ki, Azərbaycan öz təhlükəsizliyini müdafiə etmək üçün cavab atəşi açacaq. Bu, Ermənistanın bir daha acizliyini göstərir və bütün məsuliyyət onların üzərinə düşür. 20-dən artıq mülki şəxs həlak olub, 50-dən artıq şəxs yaralanıb, mülki obyektlərə ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti