Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın həyata keçirdiyi əks-hücum planları işğalçıların ərazimizdən qovulmasına hesablanıb.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, ölkə Konstitusiyasının 9-cu maddəsi silahlı qüvvələrdən bəhs edir. Hazırda Ordumuz əməliyyat keçirməklə torpaqların işğalçılardan təmizlənməsi və əhalimizin geri qayıtması üçün cəhdlər edir.
T.Gəncəliyev bildirib ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatlarını dəstəkləyirlər: "Bəyan edirik ki, torpaqlar azad edilən kimi hamımız bir nəfər kimi geri dönəcəyik".