Bakı. Samir Əli -Trend:
Vasitəçilik mövqeyini həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev Fransa prezidenti Emanuel Makronun münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin yeni formatı ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır:
“Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl xarici işlər nazirləri səviyyəsində keçirlməsi nəzərdə tutulan müəyyən görüşlər barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.
Amma ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbərlər olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə eyibarı ilə sonluğa gətirlsin”.