...

Hüseyn Paşayev: YAP rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir

Siyasət Materials 6 Oktyabr 2020 14:43 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürülməsindən sonra bu vətənpərvər aksiyanın partiyanın rayon, şəhər təşkilatları tərəfindən coşqu ilə davam etdirildiyini qeyd edib.

Onun sözlərinə görə, təkcə rayon təşkilatlarının deyil, siravi partiya üzvlərinin də fərdi şəkildə iştirak etdiyi bu aksiyanın ali məramı Milli Ordumuza həm də mənəvi dəstəyin ifadəsidir.

O qeyd edib ki, Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində rəşadətli döyüşlər aparır: “Biz cox yaxın zamanlarda torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımızla birgə yaşayacağıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə, Onun təmkinlə, müdrikliklə və uzaqgörənliklə qurduğu Azərbaycan Ordusunun gücünə, iradəsinə, əsgərlərimizin qəhrəmanlığına və yüksək döyüş ruhuna əmindir. Bu gün hər birimiz Ordumuzla bərabərik, bir yerdəyik, hər addımda ona mənəvi dəstəyimizi ifadə edirik.”

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti