...

Deputat: Paşinyanın Azərbaycanla danışıqlara razı olması barədə bəyanatları artıq xalqımızın qələbəsidir

Siyasət Materials 10 Oktyabr 2020 11:11 (UTC +04:00)
Deputat: Paşinyanın Azərbaycanla danışıqlara razı olması barədə bəyanatları artıq xalqımızın qələbəsidir

Bakı. Samir Əli - Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün dünyaya atəşkəs üçün yalvarması və Azərbaycanla danışıqlara razı olması barədə bəyanatları artıq Azərbaycan xalqının qələbəsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, cənab Prezidentin yürütdüyü siyasət və düşmənə gücünü göstərməsi düşməni bu yola vadar etdi: "Amma buna baxmayaraq, cənab Prezident yenə də Paşinyana inanmır. Dövlət başçısı bildirir ki, atəşkəs o vaxt ola bilər ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan qrafik üzrə çıxacağına zəmanət versin. Yəni Paşinyanın yalanlarına artıq inanmaq olmaz. Əgər həmsədrlər Paşinyana zəmanət verməsə, atəşkəs olmayacaq".

Millət vəkili qeyd edib ki, bu qələbə Azərbaycanın Ali Baş Komandanına inamı, xalqın həmrəyliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində baş tutdu: "Dünyanın heç bir ölkəsi Azərbaycandan bunu gözləmirdi. Anti-Azərbaycan qüvvələr Azərbaycanda daxili çaxnaşma istəyirdi. Amma xalq dövlətlə birləşdi və bütün dünya Azərbaycanın gücünü gördü. Bu, Azərbaycanın böyük bir qələbəsi, haqqının səsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti