Bakı. Trend:
Rusiya Dağlıq Qarabağda vəziyyətlə bağlı ABŞ-la üzbəüz təmasları istisna etmir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, Dağlıq Qarabağla əlaqədar tərəflər arasında təmaslar davam edir:
"Regiondakı vəziyyətdən asılı olaraq üzbəüz təmaslar da istisna olunmur. Bu, ABŞ-dakı seçkilərə qədər də ola bilər".