...

Prezident İlham Əliyev: Biz yeni reallıq yaratdıq, bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın

Siyasət Materials 15 Oktyabr 2020 20:35 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz yeni reallıq yaratdıq, bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın

Bakı. Trend:

Biz əslində baza prinsiplərini döyüş meydanında, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bilmədi. Ona görə bu məsələnin həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın və baza təməl prinsipləri də əsas olsun.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

Münaqişənin indiyədək həll olunmamasının səbəblərindən danışan dövlətimizin başçısı deyib: “Məsələnin həll edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü ildə 4 qətnamə qəbul etmişdir və orada göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, yəni, heç bir şərt qoymadan çıxmalıdır, tam həcmdə. Amma bu, icra edildi? Edilmədi. Sonra Minsk qrupu yaradıldı, ondan bir il öncə yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni, bizə elə gəldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanmasına tərəfdardırlar ki, necə var elə də qalsın. Azərbaycan köçkünləri əbədi olaraq belə vəziyyətdə qalsın. Ermənistan işğal edilmiş torpaqlarda daha da möhkəmlənsin”.

Prezident İlham Əliyev qeyd edib ki, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılırdı. Onlar erməniləri Suriyadan Dağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pul verirlər və artıq bunu televiziyalarda açıq nümayiş etdirirlər.

“Yəni, bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üzsün. O torpaqları görməyən yeni nəsil yetişəcək və o nəsil oraya qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, ermənilər başqa ölkələrdən oraya gətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklər ki, “bilirsiniz, artıq reallıq budur, barışın”. Bu idi onların məqsədi və təəssüf ki, onların hamiləri, onların havadarları bu işlərdə onlara yardımçı olmuşlar. Biz bu məkrli, çirkin planları məhv etdik. Biz yeni reallıq yaratdıq. Bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti