...

Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik

Siyasət Materials 25 Oktyabr 2020 21:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik

Bakı. Trend:

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət, cəsarət və nizam-intizam tələb olunur.

Trend xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə deyib.

“Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bundan sonra da haqq yolumuzdan dönməyəcəyik. Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti