...

Dmitri Solntsev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB 3)

Siyasət Materials 26 Oktyabr 2020 12:53 (UTC +04:00)
Dmitri Solntsev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB 3)

Bakı. Samir Əli - Trend:

Şəhid Dmitri Solntsev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub.

Trend-in məlumatına görə, şəhidin dəfn mərasimi yekunlaşıb

X X X

12.27

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan Dmitri Solntsevlə Yasamal rayonunda yerləşən Müqəddəs Jen-Mironosits kilsəsində vida mərasimi yekunlaşıb.

Trend-in məlumatına görə, kilsədə şəhid cənazəsi ilə bağlı dini rituarlar həyata keçirilib.

X X X

12.05

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan Dmitri Solntsevin cənazəsi Yasamal rayonunda yerləşən Müqəddəs Jen-Mironosits kilsəsinə gətirilib.

Trend-in məlumatına görə, kilsədə şəhid cənazəsi ilə bağlı dini rituarlar həyata keçirilir. Kilsədə rus adəti üzrə dini ayinlər icra olunur. Şəhidin ailə üzvləri və yaxınları mərhumun cənazəsi ilə vidalaşıb.

X X X

11.10

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solntsevlə vida mərasimi Bakının Nəsimi rayonunda, yaşadığı binanın önündə keçirilir.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.

Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün şəhidlərimiz torpaqlarımızın azad olunması üçün canlarından keçib:

"Biz haqq yolundayıq. 30 il qabaq ermənilər torpaqlarımızı işğal edib,1 milyondan artıq vətəndaşımız evindən didərgin düşüb. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı beynəlxalq qurumların qətnamələri olsa da, ermənilər bu qətnamələrə məhəl qoymadılar. Erməni terrorçuları öz çirkin niyyətlərindən əl çəkmədilər. Onlar Azərbaycan xalqına qarşı soyqırımlar törətdilər. Azərbaycan dövləti dəfələrlə torpaqların sülh yolu ilə işğaldan azad olunması ilə bağlı danışıqlara getsə də, Ermənistan bu danışıqlardan yayındı, Azərbaycan torpaqlarında vəhşiliklər törətdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti