...

Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)

Siyasət Materials 27 Oktyabr 2020 17:24 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinə hazır deyil.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Ukraina 24” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ermənistan bu münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışır: “Azərbaycan tərəfi hər zaman razılaşmalara sadiq qaldığını bildirsə də, Ermənistan müxtəlif təxribatlar törətməklə üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistan tərəfindən dinc şəhərlərə endirilən zərbələr məhz üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədi daşıyır”.

Komitə sədri əlavə edib ki, Yerevan bu münaqişəyə gah etnik, gah dini don geydirməyə çalışır: “Bu aspektlərin heç biri doğru deyil. Əksinə, Ermənistan ərazisindən Azərbaycana hücumlar edilir, bunun üçün uzun müddət ərzində silahlı dəstələr yaradılıb, Suriyadan, Liviyadan silahlılar cəlb edilib”.

Müsahibənin videosunu oxuculara təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti