...

Şamaxı rayonunun Rus icması Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 2 Noyabr 2020 11:08 (UTC +04:00)
Şamaxı rayonunun Rus icması Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

Şamaxı rayonunun Rus icması Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Çox hörmətli İlham Heydər oğlu. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı.

Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.

İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır.

Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq. Hər bir Azərbaycan vətəndaşı bu Qələbə gününü səbirsizliklə gözləyir.

Biz – Şamaxı rayonunun Rus icması ölkəmizin tərəqqisi və rifahı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu gün Azərbaycandakı tolerantlıq mühiti Azərbaycan xalqının tarixi keçmişindən miras qalmış ənənələrin davamıdır. Hazırda müstəqil Azərbaycanda öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyub saxlamış rus əhali yaşayır, rus icması, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin təmsilçilərinin azad və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şərait yaradılıb.

Rus dili ölkəmizin hər yerində olduğu kimi, Şamaxı sakinləri arasında da gündəlik ünsiyyət vasitəsi kimi işlənməkdədir. Tədris dili Azərbaycan dili olan siniflərdə də rus dili xarici dil kimi tədris olunur. Şamaxıda rus dilində tədris aparılan 4 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Şamaxı rayonu ərazisində yerləşən rus qəbiristanlığı mühafizə olunur, həmişə səliqəli vəziyyətdə saxlanılır ki, bu da dini və mədəni tolerantlığın nümunəsidir. Bizim rayonda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bizim aramızda dostluq və qarşılıqlı hörmət var. Xeyirdə də, şərdə də bir yerdəyik.

Biz milliyyətcə rus olan Şamaxı sakinləri də bütün azərbaycanlılar kimi, Sizi – möhtərəm Prezidentimizi sevirik. Respublikamız üçün bu çətin günlərdə Sizə möhkəm cansağlığı və Qələbə arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti