...

Ermənistan dövlətimizin və Ali Baş Komandanımızın qarşısında diz çökdü - Deputat

Siyasət Materials 10 Noyabr 2020 16:22 (UTC +04:00)
Ermənistanın Baş naziri Nikol Paşinyanın Ali Baş Komandan, Prezident İlham Əliyevin şərtlərini çarəsizlikdən, məcburən qəbul edib, məlum sənədi miskin halda imzalaması rüsvayçı təslim aktıdır.
Ermənistan dövlətimizin və Ali Baş Komandanımızın qarşısında diz çökdü - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ali Baş Komandan, Prezident İlham Əliyevin şərtlərini çarəsizlikdən, məcburən qəbul edərək məlum sənədi miskin halda imzalaması rüsvayçı təslim aktıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri və bütün Ermənistan rəhbərliyi döyüş meydanında zəfərlər qazanan qalib Ali Baş Komandanımız İlham Əliyevin çəkmələrinin altındadır. Ermənistan və onun işğalçı ordusu dövlətimizin və Ali Baş Komandanımızın qarşısında diz çöküb. Qalib Azərbaycan dövləti artıq masada, diplomatik-siyasi sahədə də hökm edən rolundadır.

M.Qasımlı qeyd edib ki, bu gün artıq 1988-ci ildən bəri başlayan “miatsum” və qondarma qurumun tanınması tələbləri tarixin zibilliyinə atılıb. “Yenilməz” Ermənistan ordusu mifi dağıdılıb, dünya erməniliyinə indiyə qədər görülməyən öldürücü zərbə endirilib, Ermənistanda dövlət idarəçiliyinin puçluğu, səmərəsizliyi, iqtisadiyyatın, hərb sistemin çürüklüyü təsdiq olunub:

"Ermənistan ağır siyasi, iqtisadi, mənəvi-psixoloji böhran girdabı, vətəndaş müharibəsi və xaos içindədir. Artıq parlamentin binası, Baş nazirin kabineti dağıdılıb. Bu, onu göstərir ki, Ermənistan adlı dövlətinin gələcəyi yoxdur. Müharibədə dövlətimiz bütün sahələrdə - ordumuzun qüdrətini, iqtisadiyyatımızın gücünü, dövlət sistemimizin səmərəliliyini, millətimizin vətənpərvərlik ruhunun yüksəkliyini və yenilməz iradəsini təsdiq etdi. Prezidentimiz mümkün olmayanları mümkün etməklə millətimizin üstündəki ləkəni sildi, əyilmiş qamətini düzəltdi, papağını başına qoydu, onu məğlub millətdən qalib millətə çevirdi".

Deputat əlavə edib ki, sənədə əsasən işğal altında olan Ağdam, Kəlbəcər və Laçından işğalçı qüvvələr verilmiş cədvələ uyğun olaraq çıxarılacaq:

"Heç şübhəsiz, təcavüzkar Ermənistanın qoşunlarını çıxarmasına dair öhdəlik götürməsi onun işğalçı dövlət olduğunu qəbul etməsi deməkdir. Deməli, bunun ardınca işğalçı ölkənin Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməsi gəlir. Ermənistan təzminatı ödəmək gücündə olmadığından, ərazisindəki fabrik və zavodlar isə başqa bir ölkənin mülkiyyəti olduğundan Azərbaycan dövlətinə vurduğu ziyanı öz ərazisi hesabına ödəməlidir".

M.Qasımlı bildirib ki, ən əhəmiyyətli məsələlərdən biri Naxçıvanla quru əlaqəsinin yaradılması barədə öhdəliyin götürülməsidir:

"Bu, böyük strateji əhəmiyyət daşıyan, tarixi uğurdur. Millətimizin və dövlətimizin gözəl gələcəyi vardır. Tarixi qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti