...

Paşinyan rejimi indi də öz xalqına müharibə elan edib - ŞƏRH

Siyasət Materials 16 Noyabr 2020 15:39 (UTC +04:00)
Paşinyan rejimi indi də öz xalqına müharibə elan edib - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Müharibədə Azərbaycan Ordusuna acınacaqlı şəkildə məğlub olan, silahlı qüvvələrinin, hərbi texnikasının əhəmiyyətli hissəsi darmadağın edilmiş Ermənistanın baş naziri Nikol Paşinyan indi də öz xalqı ilə savaşa başlayıb.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, hazırda Ermənistanda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, söz və ifadə azadlığına qarşı basqı, siyasi opponentlərin həbsə atılması adi, sıradan bir hala çevrilib:

“Ən qəddar diktatura rejimlərində belə eyni vaxtda və bütün istiqamətlər üzrə bu qədər hüquq pozuntusunun baş verməsinə nadir hallarda rast gəlinir. Son bir neçə gün ərzində Daşnaktsütyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan, Dövlət Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanov, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edilib. Artıq hakimiyyətin mənimsənilməsinə cəhd və Nikol Paşinyana süi-qəsd hazırlanması ittihamları ilə həbs edilənlərin sayı 3 nəfərə çatıb.

"Vətən” partiyasının sədri, DTX-nın keçmiş rəhbəri Artur Vanetsyan və Aşot Minasyandan sonra Respublikaçılar partiyasından olan keçmiş deputat Artur Baqdasaryan da eyni ittihamlarla həbs olunub. Artur Baqdasaryanın vəkili Vaaqn Qasparyanın Ermənistan mediasına verdiyi açılamaya görə, keçmiş deputatı öncə mitinqdə iştirakına görə həbs ediblər. Sonra isə bu ittiham sui-qəsd və hakimiyyətin mənimsənilməsi ittihamları ilə əvəzlənib. Paşinyanın partiyasının parlamentdəki təmsilçilərindən biri – Vardan Atabekyan baş nazirin imzaladığı kapitulyasiya bəyanatına qarşı çıxdığına görə onun evinə hücum təşkil edilib. Media təmsilçilərinin az qala hər addımı izlənilir. Bütün alternativ platformalar susdurulub. Vətəndaşlar rejim əleyhinə yazdıqları hər cümləyə görə təqib olunur, DTX və polis orqanları tərəfindən təhdid edilirlər”.

E.Mirzəbəyli bildirib ki, bütün bunlara baxmayaraq, Ermənistanda söz və ifadə azadlığının məhdudlaşdırılmasına, siyasətçilərin və QHT təmsilçilərinin təqib olunmasına, həbsə atılmasına Qərb dairələrinin və hüquq müdafiə təşkilatlarının münasibəti nəzərə çarpmır. O qeyd edib ki, “Human Rights Watch”, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar”, ATƏT-in media azadlığı üzrə nümayəndəsi və digər beynəlxalq təsisatlar Ermənistanda baş verənləri sükutla izləyir, kütləvi həbslərə, sərbəst toplaşma, söz və ifadə azadlıqlarının kobud şəkildə pozulmasına heç bir reaksiya vermirlər:

“Belə anlaşılır ki, Sorosun uşaqlarının Ermənistanda xüsusi statusları var və onlara öldürmək, həbsə atmaq, döymək, işkəncə vermək imtiyazı verilib. Görünür, Qərb dairələrində ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia olunan məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimi Ermənistana münasibətdə hələ də qüvvədədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti