...

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib (FOTO)

Siyasət Materials 20 Noyabr 2020 17:03 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti