...

Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov

Siyasət Materials 3 Dekabr 2020 16:39 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib.

O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var:

"ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv-ölkələr tərəfindən daha çox dəstək göstərilməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti