...

Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu

Siyasət Materials 3 Dekabr 2020 16:29 (UTC +04:00)
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu

Bakı. Trend:

Qarabağ üzrə razılaşma Ankara və Yerevan arasında münasibətlərə müsbət təsir edə bilər.

Trend Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının video-konfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.

“Biz Qarabağda münaqişəyə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, beynəlxalq prinsiplər əsasında son qoymağa yönəlmiş bütün cəhdləri dəstəkləyirik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşma 30 ildən sonra sülhün bərqərar olunması üçün real imkanlar yaradır. Bu, regional sabitliyə, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər”, - deyə Mövlud Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti