Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat

Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Tarixə qovuşmaqda olan Dağlıq Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən bir münaqişə oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, keçirilən yüksək səviyyəli görüşlərdən və müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin, o cümlədən ATƏT-in Minsk Qrupunun məqsədi bölgədə sülhə nail olmaq idi, amma nədənsə 30 ildir ki, bu səylər heç bir nəticə vermirdi:

"Nəhayət, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında sülh əldə olundu. Bu sülh ilk növbədə münaqişə tərəflərini qane etsə də, nə qədər təəccüblü görünsə də ondan narazı qalan üçüncü tərəflər də oldu. İlk narazılıq Fransa prezidenti Emmanuel Makronun işğalçını dəstəkləyən çılğın çıxışında özünü büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı və anlaşılmaz vəziyyət yaratdı.

Vəziyyətin anlaşılmazlığı isə Minsk Qrupunun həmsədrləri kimi Fransanın və ABŞ-nın tənzimləmə proseslərindən kənarda qalması və məhz Rusiyanın dəstəyi və Türkiyə ilə birgə səyləri nəticəsində bölgədə hərbi əməliyyatlara son qoyulmasını Makronun heç cür həzm edə bilməməsi ilə bağlıdır. Qətnamə layihəsinin hakim partiyanın təmsilçiləri tərəfindən irəli sürülməsi də partiya lideri Makronu Minsk Qrupu prosesində düşdüyü "outside" vəziyyətindən çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzası ilə əldə olunmuş real sülhə qarşı çıxmaq heç bir baxımdan məntiqli görünmür. Çünki bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük qələbədir, lakin bu, Fransanın iştirakı olmadan əldə olunub. İndi sülhün əldə olunmasına hansısa bir şəkildə öz adını yazdırmaq cəhdləri Fransanı nə yolla olur olsun Minsk Qrupunun fəaliyyətinin bərpasına vadar edir.

Minsk Qrupunun görəcəyi bir işin qalmadığı da göz önündədir. Belə olan halda sülh prosesini əngəlləmək və uzatmaq üçün Ermənistan dəst-xətti ilə “Türkiyə hərbiçiləri” və “Suriya muzdluları” kimi saxta və yalan məlumatlar əsasında yeni problemlər yaratmaqdan başqa Fransanın çarəsi qalmır. Məhz bu uydurma iddialar da Senatın Qətnaməsində öz əksini tapıb".

Deputat vurğulayıb ki, Fransa Senatının ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında Fransanın maraqlı olmadığını və Avropa miqyasında bu sülhə mane olmaq cəhdlərini göstərir:

"Lakin digər Avropa ölkələrinin parlamentlərində Makronun siyasi xətti dəstək qazana bilmir. Almaniya, İtaliya və Niderland parlamentlərində analoji müzakirələr və qəbul olunmuş qətnamələr yumşaq olmasa da, Azərbaycana və Türkiyəyə qarşı şər-böhtanla dolu olsa da hər halda Fransa Senatının qəbul etdiyi Qətnamənin irəli sürdüyü tələbləri təkrar etmədi. Eyhamı başa düşən Makron və Fransanın bir sıra hökümət rəsmiləri Senatın qətnaməsində təklif olunan addımların atılmasının mümkünsüz olduğunu etiraf etdilər.

Bunlarla yanaşı Belçika “makronçuları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar. Bu da təsadüfi deyil, bir tərəfdən Belçika Avropada Fransaya ən yaxın olan yeganə fransız dilli ölkədir, digər tərəfdən, hazırda Belçikada hakimiyyətdə olan siyasi qüvvələr məhz Makron partiyasının tərəfdaşları olan liberallardır.

14 oktyabrda müzakirə edilən qətnamə layihəsində Azərbaycandan hərbi əməliyyatların dərhal dayandırılması və geri çəkilməsi tələb olunur, xarici muzdlulardan istafadə olunması kəskin pislənilir, Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması haqqında tələblər irəli sürülürdü.

18 noyabr Qətnamə layihəsinin müəllifləri isə bir qədər də irəli gedərək Parisdə olduğu kimi Brüsseldə də qondarma “Arsax Respublikasının” diplomatik nümayəndəliyinin yaradılmasını, Kosovo presedentinə əsaslanaraq qeyri-qanuni rejimin tanınmasını və 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq qondarma rejimlə diplomatik əlaqələr qurulmasını tələb edirdi. Qətnamə layihəsinin təşəbbüsçülərinin bu mövqeyi yeni deyil. Onlar özlərinin separatçılıq mövqeyinə uyğun olaraq əvvəllər də beynəlxalq birlik tərəfindən tanınmamış bütün digər qeyri-qanuni qurumların tanınması təşəbbüsü ilə çıxışlar ediblər.

Hər iki qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş və adları Azərbaycan XİN-in qara siyahısında yer alan, anti-Azərbaycan fəaliyyəti üçün Belçikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var. Qətnamə layihəsində yer alan “Türkiyənin və xarici muzdluların dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağa təcavüzü” kimi ifadələr isə ermənilərin saxtakar qara təbliğatını təkrarlayır və mətnin erməni lobbisinin diktəsi ilə yazıldığını aydın göstərir.
14 oktyabr və 18 noyabr qətnamə layihələri Belçika parlamentinin beynəlxalq məsələlər komissiyasında müzakirə olunaraq rədd edilib. Buna baxmayaraq sadəcə bu layihələrin komissiyada müzakirəyə çıxarılması faktı yalançı erməni siyasətçiləri tərəfindən guya Azərbaycanı təcavüzkar kimi tanıyan və qondarma rejimin “legitimliyini” tanıyan sənəd kimi Ermənistan mediasında bu günlərədək təbliğ olunurdu.

2 dekabrda həmin komissiyanın sədri tərəfindən irəli sürülən sayca 3-cü Qətnamə layihəsi müzakirə olunub və plenar iclasın müzakirəsinə təqdim olunması haqqında qərar səs çoxluğu ilə qəbul olunub. Komitə sədri özü də Azərbaycanda “persona non- grata” elan olunmuş ermənipərəstdir. Bu layihənin mətnində BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 Qətnaməyə, 30 sentyabr 2020-ci il tarixli BMT TŞ-nın hərbi əməliyyatların dərhal dayandırılmasına və sülh prosesinə qayıtmaq haqqında çağırışına, 6 oktyabr 2020-ci il tarixli BMT Baş katibinin çağırışına, Avropa Şurasının 1 oktyabr tarixli Qərarına, Aİ xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsinin 11 oktyabr 2020-ci il tarixli Bəyanatına və Aİ adından 19 noyabr 2020-ci il tarixli Bəyanatına, eləcə də 10 noyabr tarixli Birgə Bəyanata istinad edərək Azərbaycan hərbi əməliyyatlara başlamaqda günahlandırılır, atəşkəsə əməl olunmasına çağırış edir və bölgədə hələ də davam edən qeyri-sabitlikdən narahatlıq bildirilir. Parlament Belçika hökümətindən beynəlxalq qanunlara hörmət olunmasına nəzarət mexanizmlərini dəstəkləməyi, münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırmağı və münaqişənin birdəfəlik həlli üçün Minsk Qrupunun səylərini dəstəkləməyi tələb edir.

Beynəlxalq komissiyada qəbul olunmuş son qətnamə layihəsi dekabrın 17-də plenar iclasın müzakirəsinə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Layihənin mətnində erməni təbliğatının Azərbaycana və Türkiyəyə qarşı yaydığı çoxsaylı saxta ittihamlar yer alsa da, qondarma rejimin tanınması və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir təklif irəli sürülmür və bu baxımdan Fransa Senatının qəbul etdiyi qətnamənin əsas ideyasını dəstəkləməkdən uzaqdır. Beləliklə, bu günədək Fransa Senatı tərəfindən irəli sürülmüş təşəbbüsün Avropa siyasi məkanında dəstəklənmədiyini, Fransanın öz məntiqsiz təşəbbüslərində növbəti dəfə təkləndiyini görürük.

Bu E.Makron hakimiyyətə gəldikdən sonra Fransa siyasətinin birinci məğlubiyyəti deyil. Bundan əvvəl də Fransa xarici siyasətinin Suriyada, Liviyada, Livanda və Şərqi Aralıq dənizində iflasa uğraması, Türkiyə, ABŞ və NATO ilə münasibətlərdə dəfələrlə qalmaqallar yaşanması bu ölkənin beynəlxalq qanunlara zidd addımlarının və siyasi məntiqə sığmayan təşəbbüslərinin lideri olmağa iddia etdiyi Avropanın özündə də qəbul olunmadığını göstərir. Növbəti dəfə Fransa siyasətinin özünə ən yaxın ölkələrdən birində - Belçikada dəstəklənməməsi Fransanın beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə uyğun siyasət aparmadığını və bu səbəbdən beynəlxalq siyasət meydanında getdikcə nüfuzdan düşməsini nümayiş etdirir".

Şuşa fatehlərindən olan şəhid çavuş
Şuşa fatehlərindən olan şəhid çavuş
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Loading Bars
Xəbər lenti
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Bütün xəbərlər