...

Dağlıq Qarabağ münaqişəsinin həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb – Lavrov

Siyasət Materials 12 Dekabr 2020 14:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb – Lavrov

Bakı. Elçin Mehdiyev – Trend:

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində deyib.

S.Lavrov münaqişə tərəflərinin özlərinin Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildirib. Nazir vurğulayıb burada heç bir “gizli” niyyət yoxdur:

“İndi münaqişənin həllinə kimin nə vaxt kömək edə bildiyi və ya kömək edə bilmədiyi haqqında düşünmək lazım deyil. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistanın seçimi idi. Üçtərəfli bəyanatda (Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair) iştirak edənlərin tərkibi məhz bu cür müəyyən edildi. Bunu nə İran, nə də Türkiyənin hesabına etmək cəhdləri olmadı.

Rusiya XİN rəhbəri onu da qeyd edib ki, Qarabağ münaqişəsi kontekstində "Astana formatı" nın (Rusiya, İran, Türkiyə) müvəffəqiyyəti həll yolundakı müvəffəqiyyət nümunəsi olaraq xatırlandıqda, söhbət bu işdə iştirak edən ölkələrdən getmir:

"Mövqeyimiz belədir. Müəyyən bir böhran bölgəsindəki vəziyyətə təsir etmək qabiliyyətinə sahib ölkələr (fərqli düşünsələr də, üst-üstə düşən yanaşmalar olmasa da) münaqişə tərəflərinə qan tökülməsini dayandırmağa kömək etmək və səylərini birləşdirmək qərarına gəldikdə bu yaxşı bir nümunədir. "Astana formatı"nın dəyəri budur”.

Nazir əlavə edib ki, bu işdə İranın mənafelərindən imtina edilməyib və Moskva Tehranın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin ABŞ-ın sanksiyaları kontekstində xüsusi əhəmiyyət kəsb edən İranın tranzit maraqlarına necə təsir edəcəyi barədə narahatlığını başa düşür: "Uzun illərdir hamı tərəfindən təsdiqlənən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti