...

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Siyasət Materials 12 Dekabr 2020 20:14 (UTC +04:00)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Bakı. Trend:

12 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra Həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti