...

Azərbaycanla qarşıdurma zəif Ermənistana heç bir yaxşı perspektiv vəd etmir - Musa Qasımlı

Siyasət Materials 22 Dekabr 2020 18:36 (UTC +04:00)
Azərbaycanla qarşıdurma zəif Ermənistana heç bir yaxşı perspektiv vəd etmir - Musa Qasımlı

Bakı. İlhamə İsabalayeva -Trend:

Təslim bəyanatının imzalanmasından sonra Ermənistanda müxalifət partiyaları birləşib baş nazir Nikol Paşinyanı devirmək, parlamentə yeni seçkilər keçirmək və Azərbaycan qarşısında rüsvayçı məğlubiyyətin əvəzini çıxmaq üçün hərəkətə keçiblər. Sual olunur - müxalifətin bu istəklərini həyata keçirməsi realdırmı?

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistan demokratiyadan çox uzaq olduğu üçün müxalifətin silahlı yolla N.Paşinyanı devirməsi və ya onu hətta terror yolu ilə aradan götürməsi mümkündür. Bu, baş verərsə, təəccüblənmək lazım deyil. Çünki L.Ter-Petrosyanın hakimiyyətdən zorla uzaqlaşdırılması, parlamentdə törədilən terror aktı, deputatların gülləbaran edilməsi, N.Paşinyan tərəfindən S.Sarkisyanın devrilməsi və digər qanunsuz hərəkətlərin təcrübəsi var. Növbəti belə addımlar erməni dövlətinin və cəmiyyətinin böhranını daha da dərinləşdirər.

Deputat əlavə edib ki, N.Paşinyandan sonra hakimiyyətə gələcək qüvvənin yenidən müharibəyə başlamaq cəhdlərinin bəri başdan iflasa uğrayacağı bir sıra amillər səbəbindən şəksizdir: "Birincisi, Ermənistanın ordu sıralarını doldurmaq üçün insan ehtiyatı yoxdur. Bu ölkədə bir tərəfdən demoqrafik böhran mövcuddur, əhalinin təkrar istehsalı yoxdur, digər tərəfdən isə insanlar bərbad idarəçilik, diktatura, korrupsiya və tüğyan edən rüşvətxorluq ucbatından ölkədən baş götürüb gedirlər. Əhali ildən-ilə azalır. İkincisi, müharibəyə başlamaq üçün Ermənistanın maliyyə-iqtisadi, hərbi gücü olmadığından növbəti acınacaqlı məğlubiyyəti də qaçılmaz olacaq. Azərbaycanla qarşıdurma və müharibə zəif Ermənistana heç bir yaxşı perspektiv vəd etmir.

Elə isə soruşulur - Bəs, Ermənistanın xilası nədədir? İlk növbədə, Ermənistan tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə riayət edərsə, fayda görər. Ermənistanın xilası və gələcəyi region ölkələrinə, o cümlədən Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkib onlarla ümumi dil tapmaq və mehriban qonşular kimi yaşamaqdan keçir. İrəvan bu yolu seçərsə, regionda əməkdaşlıq mühiti yaranacaq və fayda görəcək, əks təqdirdə isə dünyanın siyasi xəritəsində dəyişikliklər ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti