...

Prezident İlham Əliyev uzun illər ərzində stabil iqtisadi artımı təmin edə bilib - Sergey Markov

Siyasət Materials 24 Dekabr 2020 12:34 (UTC +04:00)
Prezident İlham Əliyev uzun illər ərzində stabil iqtisadi artımı təmin edə bilib - Sergey Markov

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında rolu çox böyükdür.

Bunu Trend-ə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki, Prezident İlham Əliyev hərbi qələbə qazanmış güclü ordu yaradıb:

"Güclü ordunun qurulması üçün çoxlu silah satın alınmışdı. Rusiyadan təyyarələr, tanklar, ZTR-lər, raketdən müdafiə sistemləri, Türkiyədən və İsraildən pilotsuz uçuş aparatları alınıb. Silah satınalmaları Azərbaycan Prezidentinin uzun illər ərzində stabil iqtisadi artımı təmin etməsi sayəsində mümkün olub".

S.Markov bildirib ki, döyüş əməliyyatları zamanı güclü liderə malik olmaq çox vacibdir və Prezident İlham Əliyev güclü liderliyini təmin edib.

Politoloqun fikrincə, Azərbaycanın qələbəsi ölkədə iqtisadi artımı stimullaşdıracaq. Azad edilmiş ərazilərin bərpasının zəruriliyi böyük miqdarda investisiyaların cəlb olunmasını və ciddi iqtisadi artımı şərtləndirəcək.

O, həmçinin əlavə edib ki, Türkiyəni Azərbaycanla bağlayacaq Naxçıvan yolunun tikintisi iqtisadi artımı stimullaşdıran amillərdən biri olacaq və regionun inkişafına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti