...

Özünü radikal müxalifət adlandıranlar çalışırlar ki, Azərbaycanın möhtəşəm qələbəsini kiçiltsinlər - Deputat

Siyasət Materials 29 Dekabr 2020 13:18 (UTC +04:00)
Özünü radikal müxalifət adlandıranlar çalışırlar ki, Azərbaycanın möhtəşəm qələbəsini kiçiltsinlər - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzi dairələr Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini həmz edə bilmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bəzi xarici dairələr və sapı özümüzdən olan baltalar, yəni xarici dairələrə və erməni lobbisini birbaşa xidmət edənlər bütün vasitələrlə çalışırlar ki, Azərbaycanın bu böyük qələbəsini kçilitsinlər: “Bu mənada xüsusilə özünü radikal müxalifət adlandıranlar, əslində ömürlərini Ermənistana xidmət edənlər, o cümlədən Tofiq Yaqublu, Əli Kərimli kimiləri çalışırlar ki, Azərbaycanın bu möhtəşəm qələbəni kiçiltsinlər. Azərbaycan xalqının birlik nümayiş etdirərək Ali Baş Komandanımız ətrafında sıx birləşməsi özlərini radikal müxalifət adlandıranları içindəki kini, küdurəti tamailə üzə çıxardır. Bunların xidmət etdiyi erməni havadarları və erməni lobbisi bunların qarşısında tapşırıq qoyub ki, Azərbaycanın qələbəsini kiçiltsinlər.

Azərbaycan xalqı birləşib, vəhdət olub və Azərbaycanın qarşsında duran ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsi həll edilib. Yəqin Əli Kərimli də, Tofiq Yaqublu da unudublar ki, bizim 30 il əvvəl işğala məruz qalmış torpaqlarımız elə onların hakimiyyətdə olduğu zamanda itirildi.

Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etdi, dünya erməniliyinə, onların havadarlarına qalib gəldi. Ancaq Əli Kərimli, Tofiq Yaqublu kimiləri bu gün Ermənistana xidmət etdiklərini açıq şəkildə nümayiş etdirməklə Azərbaycanın haqlı qələbəsinə kölgə salmağa çalışırlar. Əlbəttə ki, Azərbaycan ictimaiyyəti onlara öz sözünü deyir, onlar artıq tarixin zibilliyindədirlər və onlar bugünki mövqeləri ilə bir daha nümayiş etdirirlər ki, Azərbaycan xalqını, dövlətçiliyini heç zaman sevməyiblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti