...

1-ci Qarabağ müharibəsində 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər inkar edib - İşçi Qrupunun rəhbəri

Siyasət Materials 5 Yanvar 2021 14:54 (UTC +04:00)
1-ci Qarabağ müharibəsində 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər inkar edib - İşçi Qrupunun rəhbəri

Bakı. Samir Əli -Trend:

1-ci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, şahid ifadələrinə görə, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edib: "Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti