...

Fövqəladə Hallar Nazirliyinin 15 illik yubiley medalı təsis edilib

Siyasət Materials 12 Yanvar 2021 20:12 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin 15 illik yubiley medalı təsis edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı;”.

Həmçinin, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti