Bakı. Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə Ermənistanı deyil, uzun illərdir ki, onu bir dövlət kimi ayaqda tutan erməni diasporunu da çökdürdü. Artıq diaspor-dövlət bağı düz ortadan qırılıb. Müharibənin acı məğlubiyyəti “güclü” erməni diasporunda sağalmaz məyusluq yaradıb.
Ermənistyanın düşdüyü bu durum Azərbaycanla bağlı bir sıra gizli mətləbləri də üzə çıxardı. Xatırlayırsınızsa, 6-7 il bundan qabaq Qərbdə Azərbaycana qarşı qışqırdılan qaragüruh, təxribatçı bir dəstə formalaşdırıldı. Və bu üzdəniraq dəstə sırf Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə və ən əsası da Azərbaycan xalqına qarşı yönəlmişdi. Bu şəxslər hansısa qanunsuz yollarla Avropaya, ABŞ-a sığınan dələduzlardan təşkil edilmişdi. Öhdəlikləri isə hər fürsətdə Azərbaycanı aşağılamaq, təhqir etmək, nəticə etibarı ilə dünyada bu ölkənin nüfuzunu aşağı salmaq idi. Bunun üçün ən iyrənc yollara və üsullara belə əl atdılar...
Biz həm dövlət, həm də aryrı-ayrı ekspertlər olaraq bu “iyrənc”
dəstənin erməni diasporu tərəfindən maliyyələşdirildiyini və
yönləndirildiyini dəfələrlə bəyan etmişdik. Lakin it öz sahibinə
hürmədiyi kimi, bunlar da öz ağıllarınca, ağalarını ayağa
vermirdilər. Qərb kimi acımasız bir qütbdə işləmədən-gücləmədən
“göydən yağan pulla” Azərbaycanı və azərbaycanlıları
qandıracaqlarını sanırdılar.
Lakin Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu erməni
diasporunun Azərbaycana qarşı bu çirkin kampaniyasını həm ifşa
elədi, həm də sapı özümüzdən olan o küt baltaları baltaladı.
Diqqət etsəniz, görərsiniz ki, müharibə başlayan bir günə qədər susmayan, hətta səslərini bir qədər də çoxaldan bu qaragüruhçu qurbağaların gölünə sanki yekə bir daş atdılar. Müharibə və ondan sonrakı dövrdə onların heç birinin səsi çıxmadı. Çünki ağalarının əsas diqqəti və maliyyəsi müharibəyə yönəlmişdi. Əldə-ovucda olan bütün vəsait cəbhəyə axıdılırdı. Bu hayda, Avropa və ya ABŞ-da hürdürülən küçüklər yada düşürdü elə...
Maraqlıdır ki, Azərbaycanda radikal müxalifət cəbhəsi də
təqribən eyni taleyi yaşadı. Onlar da susqunluq nümayiş etdirdilər
– Azərbaycanın nə ağına, nə də qarasına danışdılar. Haqlı olaraq
dövlət başçısının “Müharibə dövründə harada idiniz? Qaçıb siçan
deşiyində gizlənmişdiniz” sözlərinin altında əzilib qaldılar.
Sizcə, bütün bunlar nədən xəbər verir? Deməli, bir daha sübut
olundu ki, həm xaricdə, həm də daxildə Azərbaycana qarşı bu radikal
kəsimi məhz erməni diasporu qışqırdırmış. Belə məqamda isə pulu və
acından ölməmək üçün qərib ölkədə ayaqda qalmağı dövlətçilik və
milli maraqlardan üstün tutan bu zavallılar üçün də susmaqdan başqa
bir yol qalmır. Onlardan biri qulağını, digəri dilini, o biri
əlini, bu biri ayağını kəsməli olduğu halda, hərəsi bir deşikdə
gizlənib. Qarabağın işğalda olduğuna görə dəfələrlə Azərbaycanı
aşğıladıqları kimi, niyə bircə dəfə də olsun, hamısı yox, biri
Qarabağ uğrunda savaşan dövlətə, əsgərə qahmar çıxmadı, erməni
dığasına qarşı bir söz belə demədi? Çünki çaşqınlılq içərisində
idilər. Sağılan inəkləri qurutmuşdu. Yeyəcək üçün bir şeylər yox
idi. İndi də ona görə susublar ki, hələ də ümidlidirlər. Qoy
başları açılsın, yenə bizə sahib çıxarlar deyə, bir ümid var
içlərində...
Lakin çifayda. Artıq reallığın qalib gəldiyi bir zəmanədə yaşayırıq. Daha yalan-dolanlar, qaragüruhçuluq, lap elə erməniçilik işləmir. Bütün dünya erməniçiliyin özü haqqında heç də müsbət imic formalaşdırmadığını anlayır. Çünki onlar bu Vətən müharibəsi sonucunda öz təxribatçı, terrorist və separatçı fəaliyyətləri ilə bir daha əsl xislətlərini göstərmiş oldular. Artıq Ermənistan dövləti ilə diasporu arasında böyük bir uçurum var. Yəni diaspor daha Ermənistanın əsas dayağı rolunu oynamır.
Odur ki, həm daxildəki, həm də xaricdəki radikallar özlərinə havadar gözləməsinlər. Anlasınlar ki, onların ən böyük havadarı məhz Azərbaycandır!
Elgün MƏNSİMOV
Trend