...

Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN

Siyasət Materials 27 Yanvar 2021 18:00 (UTC +04:00)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN

Bakı. Orxan Nəbiyev - Trend:

Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır. Aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti