...

Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilib

Siyasət Materials 17 Fevral 2021 22:04 (UTC +04:00)
Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti