Prezident İlham Əliyev mahir diplomat olduğunu bir daha təsdiq etdi - Deputat

Prezident İlham Əliyev mahir diplomat olduğunu bir daha təsdiq etdi - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyev tariximizdə daha bir ilkə imza ataraq Xocalı soyqırımı günündə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə mükəmməl cavablandırarkən millətimizi və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri dərin mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, mətbuat konfransı bir çox səbəblərdən xüsusilə ibrətamiz idi:

"İlk növbədə, belə bir konfransın keçirilməsinə indiyədək siyasət və diplomatiya tarixində rast gəlinməyib. İkincisi, mətbuat konfransının Xocalıda törədilən soyqırımı günündə keçirilməsi faktının özünün böyük mənası var idi. Bu konfrans “Xocalıya ədalət” kampaniyasına yeni bir güc verdi".

M.Qasmlı hesab edir ki, mətbuat konfransında Prezidentin cavablarından Azərbaycan və dünya üçün alınacaq dərslər var. Bu dərslər bundan ibarətdir ki, Xocalıda törədilənlər Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı qanlı cinayət və soyqırımıdır. Soyqırım azərbaycanlılara qarşı törədilsə də, Ermənistan bütövlükdə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib. Soyqırımını törədən hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Həm Xocalı soyqırımı, həm də İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı heç vaxt unudulmamalı, Azərbaycanda və dünyada bir də təkrarlanmamalıdır. Azərbaycan dövləti heç vaxt 1990-cı illərin əvvəllərində olan aciz vəziyyətə düşməməlidir.

M.Qasımlı qeyd edib ki, müharibədə Azərbaycanın hədəfi ərazi bütövlüyünün bərpa edilməsi idi və buna da nail oldu. Şəhidlərin qanı yerdə qalmadı və düşməndən intiqam döyüş meydanında alındı. İlk növbədə azad edilmiş torpaqlar dirçəldiləcək, vətəndaşlar qayıdacaq və “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması və müvafiq addımların atılması üçün zəruri işlər görülür.

Azərbaycan və dünya üçün alınacaq dərsləri sadalayan M.Qasımlı bunu da əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib. Status məsələsi nə qədər az dilə gətirilərsə, Ermənistan və erməni xalqı üçün o qədər də yaxşı olar. Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir, əks-təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək:

"Ermənilər yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. İrəvanda yenidən hakimiyyətə gəlməyə çalışanlar hərbi canilərdir. Azərbaycan davamlı sülh və regional əməkdaşlıq istədiyi üçün hər hansı revanşizm və qisasçılıq cəhdləri olmamalıdır. Əgər belə cəhdlər baş verərsə, onda “dəmir yumruq” yenidən daha qətiyyətlə işə düşəcək. Regionun gələcəyi qarşıdurmada deyil, qarşılıqlı faydalı əməkdaşlıqdadır. Füzulidə hava limanı ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolunun tikintisi həmin məqsədə xidmət edir. Azərbaycanın xüsusi təyinatlı qoşunları həmin yollardan biri ilə meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə getdikləri üçün Prezident İlham Əliyev ona “Qələbə yolu” adı verib. Yəni, bundan sonra bütün yollar Azərbaycanı yalnız uğurlara, qələbəyə aparacaq. Nisbətən aran ərazidən keçən digər yol aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçın və Zəngilanda da aeroportlar tikmək planlaşdırılır. Bu aeroportlar Azərbaycanın gücünü daha da artıracaq".

M.Qasımlı qeyd edib ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə, eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılacaq. Mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək Azərbaycanın dünya siyasətində mövqeləri daha da möhkəmlənəcək. Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən Cənubi Qafqazda müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Ortaq Monitorinq Mərkəzinin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir:

"Türkiyə müharibənin ilk günlərindən sülhə, sabitliyə hesablanmış davranış göstərərək Azərbaycanın haqq işini müdafiə edib və əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin mövqeyi təkcə qardaşlıq bağları ilə deyil, beynəlxalq hüquq normalarına ciddi riayət edilməsi istəkləri, haqq və ədalətin yanında olması ilə əlaqədardır.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti uğurlu əməkdaşlığın nümunəsidir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Azərbaycan Respublikası əməkdaşlığa açıq ölkədir. Ermənistan yeganə ölkədir ki, onun belə bir əməkdaşlıq formatı mövcud deyil. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Çünki Ermənistanın bərpa üçün imkanları və potensialı yoxdur, hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdısa, elə də yaşayacaq. Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana qaytarıb, birgə bəyanatdan sonra Azərbaycan ərazisində tutulanlar isə terrorçulardır. Deməli, Azərbaycan dövləti bundan sonra da terrorçulara və terrorçuluğa qarşı amansız olacaq. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin sözü və əməli eyni dəyərə malikdir. Azərbaycan dövləti bütün dini abidələri qoruyur və bərpa edir. Ermənistanın məscidlərə münasibəti bütün müsəlman aləminə qarşı təhqirdir. Azərbaycan Respublikası dövləti ilə təzyiq dili ilə danışmaq cəhdləri boşa çıxacaqdır, onunla yalnız bərabərhüquqlu əməkdaşlıq etmək olar. Prezident İlham Əliyev aralarında soyuqluq olan müxtəlif dövlətləri barışdıran, ortaq məxrəcə gətirən görkəmli dövlət və siyasi xadim, əsl ağsaqqaldır. Prezident İlham Əliyevin Azərbaycan millətinin və dövlətinin gələcəyinə dair aydın strateji baxışı və planları var. Ümumi plan çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq və yeni nailiyyətlər, uğurlar da olacaq. Bütün yollar Azərbaycan dövləti və millətini yalnız qələbəyə aparacaq".

M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev tariximizdə daha bir ilkə imza ataraq Xocalıda işğalçı Ermənistan tərəfindən törədilən soyqırımı günündə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə mükəmməl cavablandırarkən millətimizi və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri dərin mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi.

"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Loading Bars
Xəbər lenti
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Bütün xəbərlər