Bakı. Trend:
Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, parlamentin sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.