...

Millət vəkili Sevil Mikayılovanın təşəbbüsü ilə Xaçmazda səyyar diş müayinə və müalicəsi keçirilib (FOTO)

Siyasət Materials 11 Mart 2021 12:02 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılovanın təşəbbüsü ilə Xaçmazda səyyar diş müayinə və müalicəsi keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda səyyar diş müayinə və müalicəsi həyata keçirilib.

Trend-in məlumatına görə, aksiya Milli Məclisin deputatı Sevil Mikayılovanın təşəbbüsü ilə təşkil edilib və əsasən şəhid ailəsi üzvləri, qazilər və aztəminatlı ailələri əhatə edib.

Stomatoloq Vahidə Qılıcova və tibb bacısı Məlahət Məmmədova tərəfindən aparılan steril müayinələrin sonunda müraciət edən vətəndaşlar müvafiq müalicələrlə tam təmin olunublar.

Aksiyadan məmnun qalan sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, belə tədbirlərin daha sıx keçirilməsini arzu ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti