ABŞ kimi dövlət erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirir

ABŞ kimi dövlət erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirir

Bakı. Elgün Mənsimov - Trend:

"Soyqırımı" məsələsində ABŞ-ın mövqeyi ənənəvi olaraq geo-siyasət bucağından müəyyənləşib. İndiyədək ABŞ prezidentləri, o cümlədən Donald Trump 1915-ci ildə Osmanlı İmperiyasındakı hadisələri "böyük qırğın" adlandırıblar, lakin "soyqırımı" sözünü işlətməkdən çəkinirdilər.

Təbii ki, Türkiyə hakimiyyəti haqlı olaraq 1915-1919-cu illərdə xristian azlıqların qətl edilməsi hallarını və bunun məqsədyünlü dövlət siyasəti olduğunu inkar edir. Bunu isbat etmək üçün də bütün tarixi arxivləri açıq mənbəyə təqdim edir. Ki, gəlin, araşdırın, erməni və ya xristian qırğını ilə bağlı hər hansı bir fakt göstərə bilsəniz, siz deyəndir! Lakin bu, Ermənistan və ona qahmar çıxan ölkələrə sərf etmir. Çünki ortada belə bir fakt və ya əlamət yoxdur.

Əvəzində hər il özləri üçün qondarma "erməni soyqırımı"nın ildönümünü qeyd edən ermənilər və lobbiləri bu çirkin və uydurma "tarix"dən türklərə qarşı əks təbliğat kampaniyası kimi istifadə edirlər. Məlum, dünyada türkü və türkün gücünü qəbul etmək istəməyən ölkələr də yaranmış bu vəziyyətdən öz geosiyasi maraqları üçün istifadə edirlər. Xüsusən də ABŞ başda olmaqla, Qərb dünyası hər fürsətdə bu məqamdan yararlanmağa çalışır. İndi də dünya erməniləri gözlərini ABŞ-ın yeni prezidenti Cozef Baydenin yararlılıq müddəti çoxdan bitmiş ağzına bərəltdilər. Dua etdirlər ki, o "gül qoxan" ağızdan "soyqırımı" sözü çıxsın. Və o söz gəldi. Təbii ki, gözlənilən idi. Çünki Bayden prezident seçilməzdən öncə bu sözü işləyəcəyinə dair söz vermişdi. Bu barədə bir qədər sonra...

2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında "ermənilərin kütləvi öldürülməsinin" "soyqırımı" kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarıldı. Bu sənəd həm Demokratlar, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəkləndi. Qətnamənin belə sürətlə baxılmasına Türkiyənin Suriyanın şimalındakı əməliyyatına görə ABŞ-Türkiyə münasibətlərindəki böhran səbəb olmuşdu. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da səsvermədən sonra "Twitter"də yazdı ki, belə bir qərar Türkiyənin Suriya ilə sərhədində apardığı "Barış Pınarı" hərəkatına görə verilib. Türkiyənin ABŞ-dakı səfiri isə sənədin mətninin "əsassız ittihamlarla" dolu olduğunu bildirdi.

Bu sənəd Nümayəndələr Palatasında erməni lobbiçilərinin istədiyi kimi, düzəlişlər edilmədən səsvermədən keçdi. Bir daha deyirik ki, qətnamənin sürətlə baxılmasına səbəb İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olan Suriya kürdlərinə qarşı hərbi əməliyyata görə ABŞ-ın Türkiyə ilə münasibətlərinin pisləşməsi səbəb olub. Bu, geo-siyasi kontekst qətnamə tərəfdarları tərəfindən də gizlədilmədi. Türkiyənin əməliyyata başladığı gün ABŞ-da çox sayda erməninin yaşadığı dairəni təmsil edən konqresmen Ted Lew "Twitter" səhifəsində yazmışdı: "ABŞ-ın erməni soyqırımını tanımaq üçün əsl vaxtdır".

Bunu ona görə xatırlatdıq ki, həm Baydenin, həm də ermənilərin "soyqırımı" şousunu daha yaxşı anlayaq. Hazırda Türkiyə regionun supergüc dövlətidir. Dünya hərb tarixində inqilablar edən bir ölkədir. Xüsusən də Suriyada terrorçulara qarşı apardığı əməliyyatlar, eləcə də İkinci Qarabağ savaşında Türkiyə istehsallı pilotsuz uçuş aparatlarının yazdığı şanlı tarix bu gün ABŞ başda olmaqla, bir çox ölkələri ciddi vəsvəsəyə salıb.

Bunu öz geosiyasi maraqlarına təhdid kimi görən ABŞ əlbəttə ki, əlinə başqa bir vasitə keçmədiyindən "erməni soyqırımı" kimi ənənəvi "priomdan" istifadə edir. Lakin bilmir ki, bununla ilk növbədə Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alır.

Türkiyə Prezident Administrasiyası rəsmi şəkildə bəyan etdi ki, ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir: "Qondarma "erməni soyqırımı"nı tanımaqla ABŞ Türkiyənin simasında müttəfiq itirəcək. Bu, həm də iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracaq".

Administrasiyadan, həmçinin vurğulayıblar ki, Türkiyə əvvəlki kimi 1915-ci illə bağlı hadisələrin araşdırılması üçün arxivlərin açılmasının tərəfdarıdır: "Türkiyə tarixində heç bir "erməni soyqırım"ı olmayıb. Erməni lobbisinin Türkiyəyə qarşı iddiaları əsassızdır".
Əlbəttə, belə bir uydurulmuş "erməni soyqırımı"nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq. İlk növbədə, ABŞ-ın 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil. Bundan başqa, "erməni soyqırımı"nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirmiş olur.

Bu gün "erməni soyqırımı" deyilən bir şeyin olmadığını hətta xristian aləminmin nüfuzlu şəxsləri də etiraf edirlər. Bu günlərdə Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill "Rossiya 24" telekanalına müsahibəsində deyib ki, Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib. O bildirib ki, İslam dünyasında buna bənzər hadisələr olmayıb: "Məsələn, Osmanlı imperiyası. Orada xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib. Dini icmalar arasında münasəbitlər tənzimlənib".

Təbii ki, Türkiyəyə qarşı bu qərəzli münasibət hər məsələdə onun yanında olan qardaş Azərbaycanı da narahat edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub: "Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır".

Twitter: @Elgun_Mensimov

“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
AVRO-2020: Biletlər bu gündən satışdadır
AVRO-2020: Biletlər bu gündən satışdadır
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Loading Bars
Xəbər lenti
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Bütün xəbərlər