...

Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlaması uzunmüddətli strategiya ilə hesablanmaya da bilər - Rusiyalı politoloq

Siyasət Materials 25 Aprel 2021 12:57 (UTC +04:00)
Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlaması uzunmüddətli strategiya ilə hesablanmaya da bilər - Rusiyalı politoloq

Bakı. Trend:

ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlaması uzunmüddətli bir strategiya olmaya da bilər.

Bunu Trend-ə rusiyalı politoloq, dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova deyib.

Onun sözlərinə görə, ABŞ prezidentin 1915-ci il hadisələri ilə bağlı açıqlamaları Türkiyə və Azərbaycanda etirazla qebul olmaya bilməzdi:

T.Poloskovaya bildirib ki, sual yaranır ki, bu təşəbbüs erməni lobbisinin fəaliyyətinin nəticəsidir: "Ancaq düşünürəm ki, tezliklə artıq buna cavab alacağıq".

Politoloq qeyd edib ki, siyasi baxımdan bu, yeni bir hadisədir, ancaq bundan sonra nə olacağını müşahidə etmək lazımdır.

"Türkiyə ilə münasibətlərin pisləşməsi istiqamətində konkret addımlar olacaqmı, ABŞ Zaqafqaziyada, o cümlədən Qarabağ məsələsində fəaliyyətini gücləndirəcəkmi? Əgər belədirsə, bu, geosiyasi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Ancaq Baydenin açıqlamasının uzunmüddətli bir strategiya ilə hesablanmayacağını, üstəlik bəzi fundamental addımların və qərarların başlanğıcı olmayacağını istisna etmirəm. Bunu zaman göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti