...

Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər

Siyasət Materials 14 May 2021 20:16 (UTC +04:00)
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər

Bakı. Trend:

Ukrayna iqtisadiyyat naziri İgor Petrashko və infrastruktur naziri Vladislav Krikliy öz istəkləri ilə istefa ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ali radanın "Xalqın xidmətçisi" partiyasından millət vəkili Alexander Kaçura "Telegram" kanalında bildirib.

Millət vəkilinin paylaşımında deyilir: “Radaya nazirlər Petrashko və Kriklinin öz istəkləri ilə yazdıqları istefa ərizələri daxil olub.

Kadr məsələlərinə mayın 17-si növbədənkənar iclasda baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti