...

Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir

Siyasət Materials 18 May 2021 12:02 (UTC +04:00)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisə daxil olan “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu

2. Kuimova Vera Gennadiyevna

3. Qurbanov Yusifəli Süleyman oğlu

Sənədin parlamentin növbəti plenar iclaslarında müzakirəyə çıxarılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti