Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb

Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb

Bakı. Elçin Mehdiyev - Trend:

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada rəsmi səfərdədir.

Milli Məclisdən Trend-ə bildirilib ki, səfər çərçivəsində Milli Məclisin Sədri mayın 18-də Gustiniani sarayında İtaliya Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. İtaliya Senatının Sədri Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayaraq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 2018-ci ildə Bakıya səfərini xatırlayan xanım Kasellati iki ölkə arasında həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, xüsusi olaraq vurğulayıb ki, COVİD-19 pandemiyasının dünyadakı təhlükəli fəsadlarına baxmayaraq, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir.

İtaliyalı Spiker daha sonra regionda sülhün təmin olunmasının sevindirici olduğunu söyləyib və Azərbaycanın sabit və davamlı inkişaf etdiyini qeyd edib. O, xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib.
Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini vurğulayan xanım Kasellati, bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib. Senatın Sədri Azərbaycanın neft və qazla zəngin ölkə olmasına baxmayaraq, iqtisadiyyatın şaxələndirilmiş formada inkişaf etdiyini və 2018-ci ildə Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduğunu qeyd edib.

Xanım Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə alqışladığını qeyd edib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və rəsmi səfərə dəvətə görə, Senatın Sədrinə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək 2018 və 2020-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu vurğulayıb.

Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb. 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunmasının, film festivalları keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Daha sonra parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, hal-hazırda ölkələrimizin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir, dostluq qrupları arasında əlaqələr qənaətbəxşdir.

44 günlük Vətən müharibəsi barədə danışan Milli Məclisin Sədri Qarabağ münaqişəsinin artıq həll olunduğunu və tarixə çevrildiyini vurğulayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Hazırda isə Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin bərpasını həyata keçirir.
Milli Məclisin Sədri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı azad olunmuş torpaqlarımızda törətdiyi dağıntılar, şəhərləri yerlə-yeksan etməsi, mədəni, tarixi abidələri məhv etməsi faktlarını qeyd edib. Sahibə Qafarova Ermənistanın növbəti təxribatını – minalanmış ərazilərin xəritəsini vermək istəmədiyini də diqqətə çatdıraraq bildirib ki, bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olurlar. Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi, bundan imtina edilməsi beynəlxalq hüququn bütün normalarına görə hərbi cinayətdir.

Söhbət zamanı Sahibə Qafarova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışaraq Azərbaycanın bu sahədə bir sıra ölkələrə nümunə olduğunu vurğulayıb.

Ermənistan tərəfindən terrorçuların hərbi əsirlər kimi təqdim olunması cəhdlərinə də toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda hərbi əsirlər yoxdur, bütün hərbi əsirlər təhvil verilib. Azərbaycanda saxlanılan şəxslər isə terrorçulardır, çünki onlar 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisinə təxribat məqsədilə göndəriliblər.

Söhbət zamanı Milli Məclisin Sədri Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bütün İtaliya parlament nümayəndələrinə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır (FOTO)
Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Loading Bars
Xəbər lenti
ABŞ-da kimyəvi zavodda yanğın baş verib
Yaponiyanın cənubunda 15 min nəfərin təxliyyə edilməsinə əmr verilib
Güləşçimiz Musa Verdiyev Avropa çempionatının finalına yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 4 585 nəfər sağalıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Kamçatkada 4,5 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib (FOTO)
Ərdoğan Türkiyənin S-400-lə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib
AVRO-2020: İspaniya millisi İsveçlilərlə heç-heçə edib
Özbəkistanda qaz daşıyan maşın partlayıb, 2 nəfər ölüb
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub
Dağlıq Qarabağda ədalət 30 il gecikmiş olsa da, bərqərar edildi - Ərdoğan
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
AVRO-2020: Slovakiya yığması Polşanı məğlub edib
Brüsseldə Ərdoğan ilə Bayden arasında görüş keçirilib
İngiltərədə pandemiya ilə əlaqədar məhdudiyyətlər 19 iyulda ləğv olunacaq - Boris Conson
Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 7 milyard kubmetri ötüb
Xaçmazın gilas bağlarında məhsul yığımı davam edir (FOTO)
“Mediada islahatlara doğru” silsilə seminarların ilk günü kifayət qədər faydalı oldu - Elçin Mirzəbəyli
Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır (FOTO)
Azərbaycan dövlət büdcəsinin gəlirləri 9,735 milyard manatı ötüb
Ərdoğanın Baydenlə görüşü başlayıb
Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq
Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Ceyhun Bayramovla Vendi Morton üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub
Bakıda su kəmərində qəza olub, suyun verilişində məhdudiyyət var
Milli Qurtuluş Günündən başlanan yüksəlişin zirvəsi: Tarixi Zəfərimiz
Azərbaycanda qaz hasilatı artıb
AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlanıb
Abşeronda "Son zəng" qeyd olundu (FOTO)
MDU-nun bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib (FOTO)
BNA və yol polisi AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü yanğın olub (VİDEO)
Mina xəritələri, ermənistandaxili situasiya, livanli terrorçunun məhkəmə prosesi – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
Azərbaycanda bu il 39 mindən çox körpə doğulub
Bu il Azərbaycanda qeydə alınan nikahların sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı artıb
AQTA quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq etdi
Brüsseldə NATO sammiti başlayıb (FOTO)
Rəsulzadə və Xocəsən qəsəbələrində 7.5 km küçə və yol təmir edilir (FOTO)
TAP konsorsiumu TAP AG şimali Yunanıstanda 60-dan çox layihə reallaşdırır
Ötən il respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb - ETSN
ANAMA ötən həftə işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını AÇIQLADI
İdarə rəisi Bakıda ağacların dibini betonlayanlara xəbərdarlıq etdi
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib (VİDEO)
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib
Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan ordusuna qarşı parlaq əməliyyat keçirdi - Ukraynalı deputat
Bakıda mənşəyi məlum olmayan 260 kq heyvan cəmdəyi aşkarlanıb
Zaqatalada bədbəxt hadisə: Ölən var
Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu - Rauf Əliyev
İranın Azərbaycanla ticarət dövriyyəsi açıqlanıb
Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Yəməndə 250 miqrantın olduğu qayıq batıb
Ərəb vəkil livanlı terrorçunun həbsinə görə Azərbaycana təşəkkür edib
15 iyun – Qurtuluşdan Zəfərə!
Aİİ-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib (FOTO)
Beynəlxalq ictimaiyyət mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır - "Azernews" qəzeti
MDU-da magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları dərc olunub (FOTO)
BSU-da “Əsrə bərabər gün” adlı tədbir və “Qüdrətli Azərbaycan naminə” kitabının təqdimatı keçirilib (FOTO)
Vətənin, xalqın, dövlətin xilas günü
İyunun 15-də Bakıda marşrut avtobusları fəaliyyət göstərəcək - BNA
Ermənistanda seçki saxtakarlığı: Namizəd sakinlərə pul paylayarkən saxlanıldı
Subsidiyanı təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək - Nazirlik
Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)
Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)
YAP Xəzər rayon təşkilatı videoformatda tədbir keçirib (FOTO)
İyunun 15-də metro fəaliyyətini davam etdirəcək - RƏSMİ
İF-dən Zivella Rounded-ə mükafat
Metroda problem yarandı, qatarların hərəkəti ləngidi
Azərbaycana birbaşa xarici investisiyalar artıb
“Choco art” ilk dəfə sərgidə iştirak edib (FOTO)
Uels - Türkiyə oyununun hakimləri açıqlanıb
Yelo Bank-dan 14.3%-lə komissiyasız nağd kredit
Qaradağda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş videokonfrans keçirilib
Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Bosniya və Herseqovinada səfirliyin təsis edilməsi haqqında qanunu imzalayıb
Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib (FOTO)
“Media haqqında” qanun layihəsinin müzakirəsi parlamentin İş Planına uyğun həyata keçiriləcək - Əhməd İsmayılov
Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na artıq 54 işəgötürən qoşulub
“Summer Tour”dan sərfəli təklif: Türkiyənin məşhur kurortlarına səyahət paketi cəmi 399 dollar
AŞ PA məruzəçisi Azərbaycana səfər etməyi planlaşdırır
"AmCham" Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır - Vitse-prezident
Şəhid hərbi qulluqçuların yeni siyahısı açıqlanıb - 2904 şəhid, 10 itkin
İran Azərbaycanda yem bitkilərinin əkini üçün torpaq icarəyə götürəcək
Sabah 37 dərəcəyədək isti olacaq
Bütün xəbərlər