...

Yerevandakı hazırkı siyasi qeyri-sabitlik Ermənistanda misilsiz iqtisadi böhranın nəticəsidir - Amerikalı ekspert

Siyasət Materials 24 May 2021 21:00 (UTC +04:00)
Yerevandakı hazırkı siyasi qeyri-sabitlik Ermənistanda misilsiz iqtisadi böhranın nəticəsidir - Amerikalı ekspert

Bakı. Trend:

Yerevandakı hazırkı siyasi qeyri-sabitlik Ermənistanda misilsiz iqtisadi böhranın və artmaqda olan yoxsulluq səviyyəsinin nəticəsidir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, iyunun 20-ə planlaşdırılmış parlament seçkiləri Ermənistanın demokratik institutları və öz suverenliyini gücləndirmək niyyətində olub-olmadığını göstərəcək:

"Qarşıdan gələn seçkilər Ermənistanın azad və ədalətli seçkilər keçirmək, daha sonra Avropa İttifaqı və ABŞ-la tərəfdaşlığı təmin etmək bacarığını göstərəcək. Paşinyan yüksək korrupsiya səviyyəsini və səriştəsizliyini nümayiş etdirib. O, beynəlxalq hüquq normalarına uyğun olaraq bəşəriyyətə qarşı cinayətlərə, Azərbaycanın suveren ərazisində etnik təmizləmələrə və Avropanın kandarında misilsiz ekoloji faciəyə görə məhkəmə qarşısına çıxmalıdır".

Ekspert əlavə edib ki, erməni siyasi partiyaları tarixən azad və ədalətli seçkilər keçirə bilməyib. Seçkilərin nəticələri hər zaman mübahisə mövzusu olur, siyasi kampaniyalar isə çirkli pullar sayəsində maliyyələşdirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti