...

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi bütün mövcud normaların pozulmasıdır - Lev Spivak

Siyasət Materials 7 İyun 2021 12:22 (UTC +04:00)
Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi bütün mövcud  normaların pozulmasıdır - Lev Spivak

Bakı. Trend:

Sülh razılaşması imzalandıqdan sonra Ermənistanın minalanmış ərazilərin xəritəsini təhvil verməkdən imtina etməsi bütün mövcud beynəlxalq normaların pozulması deməkdir.

Bunu Trend-ə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) prezidenti Lev Spivak deyib.

"Müharibə bitdi, sülh razılaşması imzalanıb, amma insanlar ölümü yenə davam edir, həm də mülki insanlar. Müharibə zamanı hər hansı bir əsgər ölümü dəhşətli faciədir, mülki şəxsin ölümü isə ikiqat bir faciədir, və bu II Dünya müharibəsindən sonra beynəlxalq birliyin qəbul etdiyi bütün norma və müddəaların pozulmasıdır", - Lev Spivak bildirib.

O qeyd edib ki,əxlaq, insanlıq, düzgünlük kimi anlayışlar var və Ermənistanın etdiklərinin sadəcə mənəviyatdan kənardır. 30 ildir ki, məcburi köçkünlər öz evlərinə qayıtmaq xəyalı ilə yaşayırdılar və Azərbaycan torpaqları işğaldan azad edildi, lakin bu günə qədər ərazilərin üzərində mina təhlükəsi var.

"Azİz"in prezidenti, həmçinin 4 iyunda Kəlbəcər rayonunda mina partlaması nəticəsində üç nəfərin ölümü ilə əlaqədar başsağlığı verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti