...

Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri, Şuşa bəyannaməsi, Ərdoğanın parlamentdə çıxışı – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 16 İyun 2021 22:26 (UTC +04:00)
Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri, Şuşa bəyannaməsi, Ərdoğanın parlamentdə çıxışı – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə Prezidentinin Şuşada olması və Şuşa bəyənnaməsinin imzalanması xüsusi bir məna daşıyır. Çünki Şuşada olan mədəniyyət mərkəzlərinin, tarixi abidələrin yerlə-yeksan olmasını Ərdoğanın öz gözləri ilə görməsi və beynəlxalq təşkilatlarda əsaslı faktlarla sözünü deməsi əsas məsələlərdəndir. Cənab Ərdoğanın Parlamentdə olması və çıxış etməsi də böyük əhəmiyyət kəsb edir. Türkiyə Prezidenti Parlamentdə çıxış edən zaman dəyərli məsləhətlərini verib, qanunvericiliyin möhkəmlənməsi, millət vəkillərinin fəaliyyəti, iki qonşu ölkənin əməkdaşlığının möhkəmlənməsi sahəsində və beynəlxalq aləmdə baş verən reallıqlara öz qəti mövqeyini bildirib.

Türkiyə həmişə Azərbaycanı azad, müstəqil, inkişaf edən, torpaqları işğaldan azad olunmuş ölkə kimi görmək istəyir. Ərdoğanın Azərbaycana səfərini çox mühüm tarixi hadisə kimi qiymətləndirmək lazımdır.

Trend-in məlumatına görə, AzTV-nin “Əsas məsələ” verilişində Elnar Məmmədlinin təqdimatında “Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri, Şuşa bəyannaməsi, Ərdoğanın parlamentdə çıxışı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu və siyasi şərhçi Elxan Şahinoğlu mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

İnformasiya dəstəkçisi TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti