...

Şuşa Bəyannamasi Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək - Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti

Siyasət Materials 18 İyun 2021 21:00 (UTC +04:00)
Şuşa Bəyannamasi Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək - Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti

Bakı. Cani Babayeva - Trend:

Şuşa Bəyannamasi sözsüz ki, Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək.

Bunu Trend-ə Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə deyib.

Onun sözlərinə görə, bu sənəd siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət, energetika, müdafiə və digər sahələrdə ikitərəfli münasibətlərin geniş spektrini əhatə edir: "Bəyannamənin vacibliyi onun regiondaxili münasibətlərin möhkəmləndirməsindədir. Bu, açıq və bərabərhüquqlu siyasi dialoqun güclənməsi, eləcə də Cənubi Qafqaz ölkələri arasında ticari-iqtisadi münasibətlərin intensiv və ekstensiv inkişafı deməkdir".

M.Sadıqzadə əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək: "Bundan başqa, iqtisadi səmərə də olacaq, çünki Ankara və Türkiyə biznesi təkcə azad edilmiş ərazilərin bərpasına deyil, həm də tərəflər üçün maraqlı olan digər layihələrə də investisiya qoymağa hazırdır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti