...

Zəfərdən sonra ilk buraxılışımızdır, bu bizi ikiqat sevindirir - General (FOTO/VİDEO)

Siyasət Materials 19 İyun 2021 10:03 (UTC +04:00)
Zəfərdən sonra ilk buraxılışımızdır,  bu bizi ikiqat sevindirir - General (FOTO/VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 49-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, buraxılış mərasimində liseyin rəisi general-mayor Bəkir Orucov bildirib ki, 49-cu buraxılış əvvəlki buraxılışlardan bir neçə xüsusiyyətləri ilə fərqlənir:

“Bu il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 50 illik yubileyi keçiriləcək. Digər bir xüsusi fərq ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra sizlər ilk buraxılışsınız. Bu bizim sevincimizə sevinc qatır. Mən deyərdim ki, ordu quruculuğunun, Vətən müharibəsində qazanılan qələbənin təməli 1971-ci il iyulun 23-də ulu öndər Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə qoyulub.

71-ci ildə ulu öndərin qarşısını kəsənlər çox oldu, sovet rəhbərliyi imkan vermirdi ki, bu məktəb yaradılsın. Amma ulu öndər yolundan dönmədi, bütün çətinliklərə sinə gələrək Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti