...

Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev (VİDEO)

Siyasət Materials 23 İyun 2021 14:15 (UTC +04:00)
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik  - Tural Gəncəliyev (VİDEO)

Bakı. Trend:

“Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyevin qurumun miqrasiya komitəsində çıxış edib.

Millət vəkili işğaldan azad olunan ərazilərdə vaxtı ilə ermənilərin basdırdıqları minaların yaratdığı problemlərdən danışıb: “Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib.

Demək olar ki hər gün biz mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən biz öz təməl insan hüquqlarımızdan, mülkiyyət hüququmuzdan, geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.

Tural Gəncəliyev çıxışında bildirib ki, münaqişənin humanitar nəticələri ilə bağlı məsələlər doğurdan da vacib əhəmiyyət kəsb edir: “Bu xüsusda Azərbaycan tərəfindən saxlanılan erməni əsgərlərin məsələsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası tərəfindən atılan addımlar beynəlxalq hüquq çərçivəsində olmuşdur. Xatırladıram ki 8 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi ermənilər tərəfindən qaldırılmış ittihamı rədd etdi. Bir daha qeyd edirəm ki, biz yalnız üçtərəfli bəyanatın imzalanmasından sonra həbs edilən şəxslərdən danışırıq”.

Millət vəkili çıxşında AŞPA təmçilçilərinin diqqətinə Azərbaycanın sülh çağırışlarına erməni tərəfinin qeyri-konstruktiv münasibət göstərməsini də diqqətə çatdırıb: “Həmkarlarıma xatırlatmaq istəyirəm ki, AŞPA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çağırırdı. Mən çox şadam ki biz nəhayət sülhdən danışa bilərik. Azərbaycanın və regionun ən böyük su anbarı olan Mingəçevir su anbarını bombalamağa çağırış edən xanım N.Zohrabyandan fərqli olaraq biz sülhə inanırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti