Bakı. Trend:
Avropa İttifaqının (Aİ) prioritetləri Cənubi Qafqazın üç ölkəsində sülh, təhlükəsizlik və firavanlıqdır.
Trend-in məlumaıtna görə, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib.
Onun sözlərinə görə, onun Litva və Avstriyadan olan həmkarları ilə birlikdə Cənubi Qafqazda çox uğurlu diplomatik səfərlər keçib: "Gürcüstan, Azərbaycan və Ermənistandakı tərəfdaşlarımıza səmimi qəbula və qonaqpərvərliyə görə çox təşəkkür edirik. Bu bölgə Aİ üçün strateji əhəmiyyətə malikdir. Bu, ali nümayəndə Josep Borrelin mandatı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə ilk birgə səfərdir. Bu səfər zamanı biz Avropa həmrəyliyini və iştirakını, habelə Aİ-nin prioritetlərinin Cənubi Qafqazın üç ölkəsində sülh, təhlükəsizlik və firavanlıq olduğunu ifadə etdik".
Nazir bildirib ki, ötən ay Aİ Şərq Tərəfdaşlığı ölkələrinə siyasi dəstəyini artırmağa qərar verib və bu səfər bu diskussiyanın ilk nəticəsidir:
"Cənubi Qafqaz ölkələrini regional əməkdaşlığı gücləndirmək üçün Şərq Tərəfdaşlığı Sazişinin bütün alətlərindən istifadə etməyə çağırdıq. Hər üç ölkədə də dəstəyimizi ifadə etdik".