Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni razılaşmanın bu ilin sonuna qədər imzalanacağına ümid edirik
Trend-in məlumaıtna görə, bunu Tbilisidə keçirilən mətbuat konfransı zamanı Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib.
B.Auresku bildirib: "Azərbaycanda olarkən bu ölkənin Cənubi Qafqazın sabitliyi və çiçəklənməsində mühüm rol oynadığına inandığımızı qeyd etdik".
Nazir razılaşmanın tezliklə imzalanacağına ümid etdiyini bildirərək, hazırda tərəflərin bu mövzuda danışıqlar apardığını qeyd etdi.