Bakı. Trend:
Azərbaycan və Ermənistanı İkinci Qarabağ müharibəsindən sonra etimadın gücləndirilməsi üçün konstruktiv tədbirlər görməyə çağırırıq.
Trend-in məlumaıtna görə, bunu Tbilisidə keçirilən mətbuat konfransı zamanı Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib.
Onun sözlərinə görə, Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri - Aleksandr Şallenberq, Qabrielyus Landsberqis və Boqdan Auresku Ermənistana və Azərbaycana səfərləri zamanı bölgənin müharibədən sonrakı inkişafını müzakirə ediblər:
"Minalanmış ərazilərin bütün xəritələrinin verilməsi kimi etimadın gücləndirilməsi üzrə tədbirlər prioritet olaraq qalır. Aİ bu tədbirləri gələcəkdə də dəstəkləməyə hazırdır. Beləliklə, Aİ-nin gələcəkdə bütün məsələlərin həllinə gətirib çıxaracaq tədbirlərə hər cür dəstəyi verməyə hazır olduğunu vurğuladıq".