Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ölkənin beynəlxalq nüfuzunun sürətlə artması və irəliləməsini təmin etdi.
Trend-in məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev azərbaycanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Qırğızıstanda qardaş Azərbaycan xalqının uğurlarına sevinirlər:
"Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ölkənin beynəlxalq nüfuzunun sürətlə artması və irəliləməsini təmin etdi. Qarabağ münaqişəsinin tənzimlənməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq sülhün bərpası Cənubi Qafqazda uzunmüddətli sabitliyin və inkişafın əldə olunması üçün ümid yaradır".