...

İşğal müddətində Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsi dəhşətli cinayətdir - Piter Teys

Siyasət Materials 9 İyul 2021 13:54 (UTC +04:00)
İşğal müddətində Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsi dəhşətli cinayətdir - Piter Teys

Bakı. Trend:

İşğal müddətində Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsi dəhşətli cinayətdir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O xatırladıb ki, iyulun 8-də azad edilmiş Füzuli rayonunda mina partlayışı nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, biri isə ağır yaralanıb:

"Avropa İttifaqı Ermənistanın törətdiyi dəhşətli cinayətləri mühakimə etməli və Yerevanı bütün mina xəritələrini verməyə çağırmalıdır. Aİ və NATO-nun susqunluğunu qoruması və Cənubi Qafqazda, bütün Avropa üçün iqtisadi və geostrateji əhəmiyyət daşıyan regionda beynəlxalq hüququ müdafiə etməməsi məni şoka salıb".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti