...

Ermənilər Şuşa ətrafını atəşə tutmaqla beynəlxalq hüququ kobud şəkildə pozurlar - Amerikalı ekspert

Siyasət Materials 15 İyul 2021 13:57 (UTC +04:00)
Ermənilər Şuşa ətrafını atəşə tutmaqla beynəlxalq hüququ kobud şəkildə pozurlar - Amerikalı ekspert

Bakı. Elçin Mehdiyev – Trend:

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərinin erməni silahlı dəstələri tərəfindən atıcı silahlardan atəşə tutulması İrəvan tərəfindən növbəti dəfə beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, görünən budur ki, Ermənistan rejimi Komissar Oliver Varhelyinin 9 iyul tarixində İrəvan hökumətinə iqtisadi islahatlara, sənaye tərəqqisinə və regional infrastruktur inteqrasiyasına başlamaqla bağlı dəvətini nəzərə almır: “Ermənistan hakimiyyətinin bu cür təxribatlar törətməklə Azərbaycan ərazisindəki infrastrukturu dağıtmaq və günahsız mülki şəxsləri öldürmək məqsədi daşıdığı şübhəsizdir.

Şuşa şəhəri İslam mədəniyyətinin ən vacib mərkəzidir, əsrlər boyu Avropanın digər bölgələrində silahlı qarşıdurmaların və amansız toqquşmaların olduğu bir dövrdə mədəni tolerantlığın və dini dialoqun gücləndirildiyi mükəmməl bir beşikdir”.

P.Teys əlavə edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır: “Ermənistanın Şuşa ətrafında silahlı təxribatını qınamamaq Ermənistana müstəsna cəzasızlıq və şübhəli toxunulmazlıq verən ölkələr üçün ciddi nəticələrə səbəb olacaq və bu, bağışlanmayan bir diplomatik səhvdir”.

Xəbər lenti

Xəbər lenti